“Qarabağ”ın futbolçusu Türkiyə klubuna keçə bilər

“Qarabağ”ın futbolçusu Redon Cica karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, alban hücumçu ilə “Ankaragücü” yaxından maraqlanır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 26 yaşlı forvard I Liqada mübarizə aparacaq komandanın transferdə əsas hədəflərindən biridir.

Cica ötən mövsüm “Qarabağ”la 37 oyunda 7 qol vurub.