“Qarabağ”ın futbolçusu oynadı, komandası qələbə qazandı

“Qarabağ”ın futbolçusu Yassin Benzia Əlcəzair yığmasında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi Afrika Millətlər Kubokunda Ekvatoriyal Qvineya ilə görüşdə oynayıb. O, matça ehtiyatda başlayıb və 78-ci dəqiqədə meydana daxil olub.

Görüş Əlcəzair yığmasının qələbəsiylə başa çatıb – 2:0.

Milli E qrupunda 3 xalla birinci sıradadır. Qrupda Ekvatoriyal Qvineya ilə yanaşı, Liberiya və Toqo yığmaları da yer alır.