“Qarabağ”ın futbolçusu kənarda qaldı

“Qarabağ”ın futbolçusu Yassin Benzianın formasını geyindiyi Əlcəzair yığması Afrika Millətlər Kubokunda növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda Toqo ilə qarşılaşıb. 6 qolun vurulduğu görüş Əlcəzairin qələbəsiylə başa çatıb – 5:1.

Benzia bu matçda iştirak etməyib. O, sona qədər ehtiyatda qalıb.

Əlcəzair yığması E qrupunda 9 xalla liderdir. Komanda burda Toqo ilə yanaşı, Ekvatorial Qvineyası və Liberiyayla mübarizə aparır.