“Qarabağ”ın futbolçusu I Liqa klubu ilə müqavilə imzaladı

Yeni mövsümdə I Liqada mübarizə aparacaq “Qaradağ Lökbatan” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, sözügedən klub “Qarabağ”ın əvəzedici komandasından Hüseyn Hüseynlini heyətinə qatıb. Futbolçu ilə 1 illik müqavilə imzalanıb.

“Qaradağ Lökbatan” ötən mövsümü 27 turdan sonra 54 xalla ikinci sırada bitirib.