“Qarabağ”ın “Dinamo” ilə oyunu onlara tapşırıldı

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiyanın “Dinamo” klubu ilə keçirəcəyi ilk oyunun hakimləri açıqlanıb.

Futbolpress.az xəbər verir ki, UEFA avqustun 20-də Zaqrebdə təşkil olunacaq görüşü İsveçdən olan hakimlər briqadasına həvalə edib.

Görüşü İsveçdən olan hakimlər briqadası idarə edəcək. Baş hakim Qlenn Nyberq olacaq. Ona yan xətt hakimləri Mahbud Beygi və Andreas Söderkvist kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Adam Ladebök yerinə yetirəcək.

VAR-da Bastian Dankert və Yohan Pfifer olacaq. Onlar hər ikisi Almaniyanı təmsil edir.

Matç saat 23600-da başlayacaq. Cavab görüşü isə avqustun 28-də Bakıda olacaq.