“Qarabağ”ın daha 4 potensial rəqibi müəyyənləşdi

“Qarabağ”ın 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki daha 4 potensial rəqibi müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, bunlar “Dinamo” (Batumi, Gürcüstan), “Struqa” (Şimali Makedoniya), “Differdanj” (Lüksembuq) və “Deçiç”dir (Monteneqro).

Ağdam təmsilçisi püşkatma zamanı səpələnmişlər sırasında yer alacaq. “Atlılar”la yanaşı bu siyahıda “Ferensvaroş” (Macarıstan), “Slovan” (Slovakiya), “Ludoqorets” (Bolqarıstan), HİK (Finlandiya), “Flora” (Estoniya), “Styaua” (Rumıniya), “Klaksvik” (Farer adaları), “Şemrok Rovers” (İrlandiya), “Linkoln” (Cəbəllütariq), TNS (Uels), RFŞ (Latviya) və “Petrokub” komandaları (Moldova) qərarlaşıb.

Səpələnməmişlər siyahısı isə belədir:

“Panevejis” (Litva), “Ordabasi” (Qazaxıstan), “Vikinqur” (İslandiya), “Virtus” (San Marino), “Dinamo” (Minsk, Belarus), “Selye” (Sloveniya), “Hamrun” (Malta), “Larne” (Simali İrlandiya), “UE Santa Koloma” (Andorra).

Kosovanın “Ballkani” klubunun isə hansı səbətdə yer alacağı dəqiq deyil.

Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.