“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi məlum oldu

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi məlum olub.

Futbolpress.az xəbər verir ki, “atlılar” bu turda Cəbəllütariqin “Linkoln” komandası ilə üz-üzə gələcək. Tərəflər arasındakı ilk oyun iyulun 23 və ya 24-də Cəbəllütariqdə olacaq. Cavab görüşü isə iyulun 30-da Bakıda keçiriləcək.

“Linkoln” I təsnifat mərhələsində Maltanın “Hamrun” komandasını iki oyunun nəticəsinə görə (1:0, 0:1, penaltilər 5:4) məğlub edib.