“Qarabağ”ın Avroliqa oyununa təyinatlar məlum oldu

“Qarabağ”ın UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunda Rumıniyanın FCSB klubu ilə keçirəcəyi ev oyununun hakimləri açıqlanıb.

Futbolpress.az xəbər verir ki, UEFA yanvarın 23-də Bakıda təşkil olunacaq görüşü Slovakiyadan olan hakimlər briqadasına həvalə edib:

23 yanvar

“Qarabağ” – FCSB (Rumıniya)
Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 21:45
Baş hakim: Filip Glova
Baş hakimin köməkçiləri: Daniel Polacek, Peter Bednar
Dördüncü hakim: Lukaş Dzivjak
VAR: Mixal Okenas
AVAR: Martin Dohal
(Hakimlər briqadası Slovakiyadandır)
Hakim-inspektor: Martin Hansson (İsveç)
UEFA nümayəndəsi: Natalya Vorobyova (Belarus)