“Qarabağ”ın əvəzetmələrindən sonra şansımız qalmadı”

Azərbaycan Premyer Liqasının XXVIII turunda keçirilən “Turan Tovuz” – “Qarabağ” (1:4) matçından sonra meydan sahibi komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü:

– 3-cü qola qədər hesabı bərabərləşdirə bilərdik. Amma bu qol və “Qarabağ”ın əvəzetmələrindən sonra şansımız qalmadı.

– Fərdi oyunçu səhvləri nə vaxta qədər davam edəcək?
– Buna cavab verməyəcəm.

– “Qarabağ”dan ilk məğlubiyyətinizi aldız. Əvvəlki oyunlardan fərqli olaraq, bu dəfə nəyi səhv etdiz?
– Uşaqlarda həvəs var idi. Çox istəkli idilər. Bu da müəyyən qədər mane oldu.

– Köhnə zədəlilərinizdən kimlərsə dönəcək?
– Təəssüflər olsun ki, növbəti oyunu 2 futbolçu buraxacaq və heyətə köhnə zədəlilərdən kimlərsə heyətə daxil olacaq.

– Tribunalar dolu idi və azarkeşlər sona qədər komandaya dəstək oldu. Ancaq son oyunlardakı xal itkiləriniz onları kədərləndirir…
– Ümumilikdə bir ağrı var. Azarkeşlərimizi sevindirə bilmirik.

– Bu gün “Turan Tovuz” üçün əlamətdar gün oldu. Yeni açılan baza haqda fikirləriniz necədir?
– Komandanın tarixində atılmış ciddi addımdır. Buna görə rəhbərliyə təşəkkür edirəm.

– Düşünmürsüz ki, rəqiblər sizin oyun üslubunuzu tapıblar?
– Məsələ taktikada deyil. Hər oyun dəyişə bilər. Digər oyunlarda yaxşı etmişdik. Əfsuslar olsun ki, bu matçda edə bilmədik.

Mirkamal Kazım