“Qarabağ” klubunun mobil tətbiqi istifadəyə verilib.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Klubun azarkeşlər üçün yeni tətbiq istifadəyə verib. Bu, İsveçrənin “Blocksport” şirkəti ilə əməkdaşlıq çərçivəsində ərsəyə gəlib.
Bu addım azarkeşlərin klubla əlaqələrinə yeni təcrübə gətirəcək. Yeni tətbiq “Qarabağ”sevərlərin virtual şəkildə bir araya gəlməsini, fançatlarda müzakirələr aparmasını, klub haqqında yenilikləri rahat şəkildə əldə etməsini, klubla bağlı özəl məzmun yaratmasını təmin edəcək.
Azarkeşlər sosial şəbəkə hesablarını birarada izləmək, oyun proqnozları vermək kimi yeni imkanlar qazanacaq. Bu ekosistem azarkeşlərə xüsusi sorğular və səsvermələr keçirməsinə də töhfə verəcək. Tətbiqi iki dildə – Azərbaycan və ingilis dillərində istifadə etmək mümkündür.
Qeyd edək ki, “Blocksport” şirkəti idman sənayesi üçün həllər təqdim edən yenilikçi texnologiyaların təminatçısıdır. “Blocksport” müxtəlif idman növləri üzrə federasiya və liqalar, dünyanın fərqli bölgələrindən olan “Empoli”, “Partizan”, “Metallist”, “Leuven” də daxil olmaqla 100-ə yaxın klub, həmçinin ayrı-ayrı idmançılarla əməkdaşlıq edir.