“Qarabağ”dan son 16 mövsümün ən yaxşı göstəricisi

“Qarabağ” cari mövsümdə kubokda 19 qola imza atıb.

Futbolpress.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, son 16 mövsümdə ilk dəfə belə məhsuldarlıq qeydə alınıb.

Sonuncu dəfə 2007/08 mövsümündə eyni komanda bu qədər qola imza atıb.

Həmin vaxt “Xəzər Lənkəran” 27 qola sevinib. “Neftçi” və “İnter” (indiki “Şamaxı”) 19 dəfə fərqlənib.