“Qarabağ”dan “Səbail”ə

“Səbail” heyətini iki yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, “dənizçilər” “Kəpəz”dən ayrılan Vüsal Məsimovu və “Qarabağ”dan Nihat Quliyevi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hər iki oyunçu ilə bir illik müqavilə imzalanıb.