“Qarabağ”dan ilk transfer

“Qarabağ” yeni mövsüm üçün ilk transferini reallaşdırıb.

Futbolpress.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi qapıçı Fabiyan Buntiçi heyətə cəlb edilib.

“Qarabağ”la Almaniya vətəndaşlığına malik 27 yaşlı xorvat qolkiper arasında üç illik müqavilə imzalanıb. Yeni transfer 2027-ci ilin yayına qədər komandada çıxış edəcək.

Buntiçin son klubu 2022-ci ilədək şərəfini qoruduğu Portuqaliya təmsilçisi “Vizela” olub. O, bunadək karyerasına başladığı Almaniyanın “İnqolştadt” klubunda forma geyinib.

Yeni transfer Xorvatiyanın U-18 və U-19 milli komandalarında da oynayıb.