“Qarabağ”da ciddi itki – 8 ay oynamayacaq

“Qarabağ”ın qapıçısı Amin Ramazanov zədələnib.

Futbolpress.az xəbər verir ki, o, məşq prosesində xəsarət alıb.

Qolkiperin müayinəsi zamanı sağ dizinin ön çarpaz bağlarının tam qopması aşkarlanıb. Amin yaxın müddətdə əməliyyat olunacaq. Onun 8 aydan sonra yaşıl meydanlara dönəcəyi gözlənilir.

Qeyd edək ki, Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ”ın hazırlıq prosesi iyulun 17-dək davam edəcək.