“Ayaks”ın futbolçusu Vut Veqorst Avropa Liqasında Bakıda “Qarabağ”a qalib gəldikləri görüşü şərh edib.
Futbolpress.az xəbər verir ki, 3:0 hesabıyla bitən matçda komandasının ikinci qolunu vuran hücumçu bunları deyib:
“Nəticə yaxşı oldu. Oyunun əvvəlində çətin anlar yaşadıq. Ancaq qırmızı vərəqə oyunun mənzərəsini dəyişdi. Buna baxmayaraq, ikinci hissədə rəqib müəyyən təzyiq yarada bildi. Bu, bizdə məyusluq yaratdı. Lakin pozitiv olmalıyıq. Səfərdə 3:0 hesablı nəticə yaxşıdır”.