“Tottenhem”in hücumçusu Dominik Solanke Avropa Liqasında “Qarabağ”a qalib gəldikləri oyunu şərh edib.
Futbolpress.az xəbər verir ki, 3:0 hesabıyla bitən matçda bir qol vuran hücumçu bunları deyib:
“Oyunumuza sadiq qaldıq və komanda ruhu göstərdik. Rəqibin gecikməsi və qırmızı vərəqə almağımız oyuna təsir etdi, çətinliklər oldu. Lakin hər vəziyyətə hazır idik və işimizi gördük”.