“Ludoqorets”in futbolçusu Deroy Duarte Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi matçdan gözləntilərini bölüşüb:
“Düşünürəm ki, çətin oyun olacaq. “Qarabağ” güclü komandadır. Ancaq bizim də ev üstünlüyümüz var. Bu rəqibə yenidən qalib gəlmək potensialındayıq. Heç nə asan olmayacaq. Yaxşı hazırlaşmışıq və qələbə qazanacağımıza inanıram”.
“Ludoqorets” – “Qarabağ” oyunu saat 22:00-da başlayacaq. Komandalar arasındakı ilk görüşdə “Ludoqorets” qələbə qazanıb – 2:1.