Son klubu “İmişli” olan Elvin Yunuszadə təklif gözləyir.
31 yaşlı müdafiəçi “FutbolPress“ə açıqlamasında bölgə klubundan ayrıldığını və təklif gözlədiyini söylədi:
“Hələ sakitlikdir. Təklif gözləyirəm. Görək, necə olacaq”.
Karyerası ərzində “Neftçi”, “Qarabağ”, “Sabah”, “Səbail”, “Şamaxı”, “Kəpəz”, Şimali Makedoniyada “Şkupi”, Bosniyada “Çelik”də çıxış edən Elvin bu ilin martından iyununa kimi “İmişli”də forma geyinib.