“Qarabağ” 3 xalı 5 qolla qazandı

Bu gün Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma keçirilib.

“Qarabağ” azarkeşləri önündə “Sumqayıt”ı qəbul edib. Qurban Qurbanovun yetirmələri 5:0 hesablı qələbə qazanaraq, liderliyə yüksəlib.

Azərbaycan Premyer Liqası
XVII tur

16 dekabr

19:00 Qarabağ – Sumqayıt 5:0

Qollar: Musa Qurbanlı, 7, 33, Nəriman Axundzadə, 45+1, Redon Cica, 75, Toral Bayramov, 90+2
Baş hakim: Tural Qurbanov
Tofiq Bəhramov adına Respublika stadionu