“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində “Linkoln”a məğlub olsa, mübarizəni Avropa Liqasında davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, “atlılar” burada III təsnifat mərhələsində “Ludoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün məğlub ilə qarşılaşacaq.
Maraqlıdır ki, “atlılar” ÇL-də mərhələ adlasa, məhz bu cütün qalibi ilə üz-üzə gələcək.
“Qarabağ” “Linkoln”la ilk oyunu sabah Cəbəllütariqdə keçirəcək. Komandalar arasındakı cavab görüşü iyulun 30-da Bakıda olacaq.