“Qarabağ” bu gün UEFA Avropa Liqasının Liqa mərhələsində növbəti oyuna çıxacaq.
Futbolpress.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Bakıda “Styaua” ilə qarşılaşacaq. Rumıniya təmsilçisi ilə matça saat 21:45-də start veriləcək.
“Qarabağ” 6 turdan sonra 36 komanda arasında 3 xalla 33-cüdür. “Styaua” isə 11 xalla 10-cu pillədə qərarlaşıb. Azərbaycan təmsilçisi bu matçda uduzsa, növbəti mərhələ şansı qalmayacaq.
Avropa Liqası
Liqa mərhələsi, VII tur
23 yanvar
21:45 Qarabağ – Styaua (Rumıniya)
Tofiq Bəhramov adına Respublika stadionu