“Sofascore” portalı dünən Avropa Liqasının Liqa mərhələsinin I turunun “Tottenhem” – “Qarabağ” oyununda komandaların reytinqini müəyyənləşdirib.
Futbolpress.az xəbər verir ki, London klubu 3:0 hesablı qələbə qazanmasına baxmayaraq, ümumi performansı 10 ballıq sistemdə 6,74 balla qiymətləndirilib. “Qarabağ”ın çıxışına isə 6,85 bal verilib.
Görüşün ən yüksək bal toplayanı isə “Tottenhem”in qapıçısı Quqlemo Visario olub. London klubunun qolkiperinin çıxışı 8,4 balla qiymətləndirilib. “Qarabağ” heyətində ən yüksək balı (7,8) Elvin Cəfərquliyev alıb.
Azərbaycan təmsilçisinin qapıçısı Mateuş Koxalski isə komandanın ən zəif bəndi olub – 6 bal.