Əvəzedicilər liqasının 24-cü turunun oyunları ilə bağlı mövcud hava durumu, stadionların ümumi vəziyyəti nəzərə alınaraq “Qarabağ” və “Sabah” komandaları arasında keçiriləcək matçın 25.02.2025-ci il tarixdə saat 15:00-da “Azersun Arena”da oynanılması nəzərdə tutulub.
Futbolpress.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
“Şamaxı” – “Turan Tovuz” və “Zirə”- “Kəpəz” klublarının əvəzedici heyətlərinin oyunları ilə bağlı əlavə məlumat veriləcək.