“Qarabağ” rəsmisindən Ali Koça təbrik

“Qarabağ”ın baş meneceri Asif Əsgərov “Fənərbağça”da prezident seçkilərində qalib olan Ali Koçu təbrik edib.

Futbolpress.az xəbər verir ki, funksioner instaqram hesabında Koçla fotosunu paylaşaraq, bunları yazıb:

“Əsl seçimlər mütləq bir gün haqqını alır və ən yaxşılar qazanacaq. “Fənərbağça”ya Ali Koç, Ali Koç da “Fənərbağça”ya yaraşır. Bütün “Fənərbağça” camiəsini, dostlarımı, azarkeşlərimi doğru qərar vermələri münasibətilə təbrik edirəm”.

Ali Koç üçüncü dəfə “Fənərbağça”nın prezidenti seçilib. O, 2018-ci ildən bu postu tutur.