“Qarabağ” öz oyununu sərgiləsə, “Ludoqorets”i rahat keçə bilər”

“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində sabah Bolqarıstanın “Ludoqorets” komandası ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşə saat 20:00-da start veriləcək.

Bolqarıstanın “Arda” klubunda çıxış edən Cəlal Hüseynov “FutbolPress“ə açıqlamasında cütlə bağlı fikirlərini bölüşdü:

“Futboldur, nəsə əvvəldən proqnoz vermək olmur. Kim daha yaxşı hazırlaşıb, istəkli olacaqsa, turu keçəcək. Məncə, “Qarabağ” öz oyununu sərgiləsə, “Ludoqorets”i rahat keçə bilər. Amma bolqarların da yaxşı futbolçuları, sürətli hücumları var. Onlar çətinlik yarada bilərlər. Amma “Qarabağ”ın mərhələ adlayacağına inanıram”.

Cəlalın formasını geyindiyi “Arda” Bolqarıstan çempionatında “Ludoqorets”ə 1:5 hesabıyla uduzub.