…”Zirə” çempion olacaqdı. 25 xallıq fərqlə 1-ci yeri tutan “atlılar” hər il bu fərqi daha da artırır. “Qarabağ” əməlli-başlı istisnadır.
58, 58, 57 xallıq sıralama ilə müvafiq olaraq “Zirə”, “Sabah”, “Sumqayıt” 2, 3 və 4-cü yeri tutdular. Rəqabətin ecazı…
Təcrübəli funksionerlərin fikrincə, bu vəziyyət liqanın ümumi səviyyəsinin aşağı olması ilə bağlıdır. Başqa sözlə, Ağdam təmsilçisi istisna olmaqla, digər komandalar arasında elə də ciddi fərq yoxdur.
Amma rəqabətin rəqəmləri də qızışdırdığını turnir cədvəlində görmək olur.
Məsələn, “Sabah” mövsümün ortalarınadək turnir cədvəlinin ekvatorundan aşağıda məskunlaşsa da, sona yaxın ciddi sıçrayışa nail oldu. Burda Renduliç amilinin cizgiləri də özünü büruzə verir. “Sumqayıt” da bu qızğın mübarizədən qopmadı və avrokubok yolçularına qoşula bildi. Bu mənada “kimyaçılar” rəğbətə layiqdir – son illər avrokuboklara mütəmadi vəsiqə qazana bilir. Daha imkanlı “Səbail”dən fərqli olaraq…
Avrokubok təmsilçilərimizdən ən maraqlı performansı “Zirə” cızıb. 36 tura 33 qol vuran (ortalama 0.9 qol) “qartallar” minimum azuqə ilə maksimuma yaxın nəticə qazana bildi. Rəşad Sadıqovun komandası az qol vurmaq baxımından qınansa da, son turlarda bol qollu oyunlarıyla da diqqətləri özünə çəkə bildi. Paytaxt kəndliləri bu dəfə avrokubokda da nəticələrini yaxşılaşdırmağa ümid verir.
Liqanın şəninə tərifi ehtiyatla etmək də bir şey deyil. Yeni AFFA rəhbərliyi bu haqda fundamental islahatlar düşünsə, yaxşı olar…
Kamil Əhməd