“Qarabağ” ilki hədəfləyir

“Qarabağ” Avropa Liqasının Liqa mərhələsinin III turunda “Ayaks”la qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna saat 20:45-də start veriləcək.

“Qarabağ” Avropa arenasında 5-ci dəfə Niderland komandası ilə üz-üzə gələcək. Azərbaycan çempionu buna qədər “Tvente” ilə 4 matç keçirib. Bu görüşlərin 3-ü heç-heçə, 1-i niderlandlıların qələbəsiylə başa çatıb. “Qarabağ” “Tvente”yə qarşı Bakıdakı iki matçda da uduzmayıb və eyni hesab qeydə alınıb – 0:0.

“Qarabağ” Liqa mərhələsinə uğursuz başlayıb. Birinci matçda Londonda “Tottenhem”ə uduzan “atlılar” Bakıda “Malmö” ilə ikinci tur görüşündə də xalsız qalıb. “Qarabağ” ingilislərə 0:3, isvevçlilərə isə 1:2 hesabıyla uduzub.

“Ayaks”la oyun xalsızlıq seriyasını sonlandırmaq üçün mühüm oyundur. Matça “Qarabağ” azarkeşlərinin böyük marağı var. Matça hələ iki gün qalsa da, artıq 20 mindən çox bilet satılıb. “Qarabağ” fanatlarının da dəstəyi ilə minimum bir xal hədəfləyir. Növbəti məğlubiyyət komandanın pley-off şanslarını daha azalda bilər.

Azərbaycan çempionu iki turdan sonra 36 komanda arasında 34-cüdür.

Kamil Əhməd