“Qarabağ” – “Neftçi” oyununun biletləri satışa çıxarıldı

Azərbaycan Premyer Liqasının 33-cü turunda keçiriləcək “Qarabağ” – “Neftçi” qarşılaşmasının biletləri iticket.az-da satışa çıxarılıb.
Futbolpress.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.
Biletlər bu gün “iticket.az”da onlayn, həmçinin oyun günü “Azersun Arena”nın kassasında da satışda olacaq.
Mayın 4-də keçiriləcək oyuna saat 19:30-da start veriləcək.