“Qarabağ” “Ludoqorets”ə məğlub oldu

“Qarabağ” bu gün Çempionlar Liqasında III təsnifat mərhələsində ilk oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv azarkeşləri önündə “Ludoqorets”i qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan gprüşdə qonaqlar qələbə qazanıb.

Komandalar arasındakı cavab görüşü avqustun 13-də Bolqarıstanda olacaq.

Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyun

6 avqust

20:00 Qarabağ – Ludoqorets (Bolqarıstan) 1:2

Qollar: Juninyo, 64 – Duarte, 56, Kayo Vidal, 87
Baş hakim: Urs Şinder (İsveçrə)
Tofiq Bəhramov adına Respublika stadionu

Qarabağ: Fabian Buntiç, Marko Veşoviç, Bəhlul Mustafazadə, Kevin Medina, Toral Bayramov, Julio Romao, Marko Yankoviç, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo

Ludoqorets: Hendrik Bonmann, Anton Nedyalkov, Olivye Verdon, Diniş Almeyda, Son, Pedro Naressi, Deroy Duarte, Yakub Pyotrovski, Kayo Vidal, Dua Kvadvo, Bernard Tekpetey