“Qarabağ” bu gün Çempionlar Liqasının III təsnifat mərhələsində növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bolqarıstanda “Ludoqorets”in qonağı olub. Görüş Ağdam klubunun 7:2 hesablı qələbəsi yekunlaşıb. Təmsilçimizin heyətində Patrik Andrarde və Yassin Benziya dubl edib. Digər qollar isə Juninyo, Redon Cica və Toral Bayramov vurublar. İki görüşün nəticəsinə görə, 8:4 qalib gələn “Qarabağ” Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlib.
Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunu
13 avqust
Ludoqorets (Bolqarıstan) – Qarabağ 2:7
Qollar: Juninyo, 6, Yassin Benziya (pen), 45+1, 118, Patrik Andrade, 45+5, 113, Toral Bayramov, 90+3, Redon Cica, 111, – Dua Kvadvo, 13, 23 (pen)
Baş hakim: Simon Sossa (İtaliya)
İlk oyun 2:1