“Qarabağ” – “Ludoqorets” oyununda anşlaq olacaq

“Qarabağ” bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Ludoqorets”i qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə 25, 500 bilet satılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Görüşə saat 20:00-da start veriləcək.