Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.
Futbolpress.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbir saat 15:00-da başlayıb. Püşkdə Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqibi bəlli olub.
“Qarabağ” Çempionlar Liqasının III təsnifatında “Ludoqorets”ə məğlub olsa, Avropa Liqasının pley-off mərhələsində “Petrokub” (Moldova) – TNS (Uels) cütünün qalibi ilə üz-üzə gələcək.
“Qarabağ” – “Ludoqorets” cütünün zəifi ilk oyununu evdə keçirəcək.