“Qarabağ” darmadağınla növbəti mərhələdə

“Qarabağ” bu gün Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Cəbəllütariqin “Linkoln” komandası ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş “atlılar”ın darmadağını ilə başa çatıb.

“Qarabağ” ilk oyunda “Linkoln”u 2:0 hesabıyla məğlub edib.

“Atlılar” mərhələ adlayacağı halda, III təsnifatda “Ludoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq.

Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu

30 iyul

20:00 Qarabağ – Linkoln (Cəbəllütariq) 5:0

Qollar: Juninyo, 16, 31, 44, Yassin Benzia, 66, Leandro Andrade, 72
İlk oyun – 2:0