Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq.
Futbolpress.az xəbər verir ki, tədbir saat 14:00-da başlayacaq. “Qarabağ” II təsnifatda “Linkoln” səddini aşsa, aşağıdakı komandalardan birinə rəqib olacaq:
“Ludoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus),
APOEL (Kipr) – “Petrokub” (Moldova)
“Şemrok Rovers” (İrlandiya) – “Sparta” (Çexiya)
“Qarabağ”ın “Linkoln”la ilk oyunu sabah Cəbəllütariqdə keçiriləcək. Cavab görüşü isə iyulun 30-da Bakıda oalcaq.