“Qarabağ” Çempionlar Liqasına qələbə ilə başladı

“Qarabağ” bu gün Çempionlar Liqasının II təsnifat mərhələsində ilk oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, “atlılar” Cəbəllütariqdə “Linkoln”un qonağı olub. Matç “Qarabağ”ın qələbəsiylə başa çatıb – 2:0.

Komandalar arasındakı cavab matçı iyulun 30-da Bakıda keçiriləcək.

Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun

23 iyul

20:00 Linkoln (Cəbəllütariq) – Qarabağ 0:2
Qollar: Juninyo, 45+2, Toral Bayramov, 75

Baş hakim: İştvan Vad (Macarıstan)