“Qarabağ” – “Linkoln”: neçə bilet satılıb?

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Linkoln” (Cəbəllütariq) oyununa bilet satışı davam edir.
Futbolpress.az xəbər verir ki, iyulun 30-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir. Görüşə artıq 16 min 300 bilet satılıb.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 200 manatdır.
Koandalar arasındakı ilk oyun “Qarabağ”ın qələbəsiylə başa çatıb – 2:0.