Bu gün Azərbaycan Premyer Liqasında II tura start verilib.
Futbolpress.az xəbər verir ki, ilk oyun günündə son çempion “Qarabağ” azarkeşləri önündə “Kəpəz”i qəbul edib. Matçın ilk hissəsində qapılara top vurulmayıb. İkinci hissədə Ağdam klubu qonaq komandanı 3 dəfə cəzalandırıb. 48-ci dəqiqədə Riçard Almeyda hesabı açıb. 72-ci dəqiqədə Abdullah Zubir fərqi 2 topa yüksəldib. Oyunda son nöqtəni 83-cü dəqiqədə Juninyo müəyyənləşdirib və “Qarabağ” “Kəpəz”ə 3:0 hesabı ilə qalib.
Azərbaycan Premyer Liqası
II tur
9 avqust
20:00 Qarabağ – Kəpəz 3:0
Qollar: Riçard Almeyda, 48, Abdullah Zubir, 72, Juninyo, 83
Qırmızı vərəqə: Elmir Tağıyev
“Azersun Arena”
Qarabağ: 12. Sadiq Məmmədzadə, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 2. Mateus Silva, 19. Redon Cica
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade
Baş məşqçi: Qurban Qurbanov
Kəpəz: 1.Rojerio Santos, 2. İlkin Qırtımov, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 8. Elmir Tağıyev, 17. Ümid Səmədov, 78. Yahor Kvalko (k), 28. Redon Mihana, 10. Karim Lkouça, 19. Lassana Ndiaye, 77. Viktor Braqa
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 3. Vurğun Hüseynov, 70. Nicat Süleymanov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 15. Cavad Kərimov, 66. Arzu Atakişiyev, 44. Nihat Fərəci
Baş məşqçi: Adil Şükürov