“Qarabağ”ın hücumçusu I Liqa klubunda

Yeni mövsümdə I Liqada mübarizə aparacaq “Cəbrayıl” transfer çalışmalarına başlayıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda hücumçu Əşrəf Zeynallını heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında bir illik müqavilə imzalanıb.

Əşrəf ötən mövsümü “Qarabağ”ın əvəzedici komandasında keçirib.