“Qarabağ” Estoniyada çempion oldu

“Qarabağ” klubunun 16 yaşadək (U-16) futbolçulardan ibarət komandası Estoniyada keçirilən “Tallinn Cup”ın qalibi olub.

Futbolpress.az xəbər verir ki, “atlılar” finalda “Trans Narva” ilə qarşılaşıb. 2:0 hesablı qələbə qazanan “Qarabağ” turnirni qalibi olub.

Bir müddət əvvəl “Qarabağ”ın U-14 komandası Minskdə təşkil olunan beynəlxalq turnirdə çempionluq yaşayıb.