“Qarabağ” Çempionlar Liqası ilə vidalaşdı

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Dinamo”nu (Zaqreb) qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş rəqibin qələbəsiylə başa çatıb – 0:2.

“Qarabağ” “Dinamo” səddini aşa bilməyib və yoluna Avropa Liqasında davam edəcək.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunu

28 avqust

20:45 Qarabağ – Dinamo (Zaqreb, Xorvatiya) 0:2

Qollar: M.Pyatsa,34, Mateus Silva, 54 (avtoqol)

Qırmızı vərəqə: Kevin Medina, 88
Baş hakim: Maykl Oliver (İngiltərə)
İlk oyun 0:3
Tofiq Bəhramov adına Respublika stadionu.