“Qarabağ” “Dinamo”ya ilki yaşada bilər

“Qarabağ” bu gün Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyununda “Dinamo”nu (Zaqreb, Xorvatiya) qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 20:45-də start veriləcək. Komandalar arasındakı ilk oyunda xorvatlar 3:0 hesablı qələbə qazanıb.

“Dinamo” buna qədər avrokubokların pley-off mərhələsində heç vaxt 3:0 üstünlüyünü əldən verməyib.

Komanda ötən mövsüm Konfrans Liqasının pley-off mərhələsində Yunanıstanın PAOK klubunu ilk oyunda 2:0 hesabıyla məğlub etsə də, revanşda 5:1 hesabıyla uduzaraq turnirlə vidalaşıb. Komanda məhz həmin mövsüm Avropa Liqasının pley-off mərhələsində Çexiyanın “Sparta” klubunu Xorvatiyada 3:1 hesabıyla məğlub edib, cavab görüşündə Praqada 1:4 hesabıyla uduzaraq, turnirlə vidalaşıb.

“Dinamo” ötən mövsüm hər iki pley-offda 2:0-lıq üstünlüyünü əldən verib. Bu gün “Qarabağ” geridönüş edib, mərhələ adlasa, bu, zaqreblilər üçün daha bir ağır məğlubiyyət olacaq.

Kamil Əhməd