“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsində ilk oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Xorvatiyada “Dinamo”nun qonağı olub. Görüş zaqreblilərin qələbəsiylə başa çatıb.
Komandalar arasındakı cavab oyunu avqustun 28-də Bakıda olacaq.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyun
20 avqust
23:00 Dinamo Zaqreb (Xorvatiya) – Qarabağ 3:0
Qollar: M.Pyatsa, 29 Kulenoviç, 76, 80
Baş hakim: Qlenn Nyuberq (İsveç)
“Maksimir” stadionu, Xorvatiya
Dinamo: İvan Nevistiç, Bruno Petkoviç, Martin Baturina, Arber Xoca, Sami Mae, Ronael Pyerre-Qabruel, Marko Pyatsa, Stefan Ristovski, Petar Suşiç, Yosip Mişiç, Kevi Teofile-Katerin
Qarabağ: Fabian Buntiç, Mateus Silva, Julio Romao, Yassin Benzia, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Juninyo, Elvin Cəfərquliyev, Patrik Andrade, Kevin Medina.