“Qarabağ” – “Dinamo”: biletlər nə vaxt satışa çıxacaq?

UEFA Çempionlar Liqasının “play-off” mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Dinamo” Zaqreb (Xorvatiya) oyununun biletləri avqustun 22-i saat 12:00-dan etibarən satışa çıxarılacaq.

Futbolpress.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

“Qarabağ” ilk oyunda 0:3 hesabıya uduzub.