Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün növbəti yoxlama oyununu keçirib.
Futbolpress.az xəbər verir ki, “atlılar” Çexiyanının “Viktoriya” komandası ilə qarşılaşıb. Görüş Azərbaycan təmsilçisinin qələbəsiylə başa çatıb – 2:1.
“Qarabağ”ın qollarını Leandro Andrade vurub.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv günün ilk sınaq matçında “Kayzerslautern”ə uduzub – 1:3.