“Neftçi”nin futbolçusu Andre Şinyaşiki açıqlama verib.
Futbolpress.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan braziliyalı hücumçu yeni mövsümlə bağlı bunları deyib:
“Neftçi” böyük ənənələrə malik klubdur və yenidən ölkə çempionu olmağa ehtiyacı var. Diqqətimiz bu hədəfə yönəlib. Çətin olacağına şübhəmiz yoxdur, lakin özümüzə inanırıq. Böyük klubuq və ən yaxşı şəkildə şərəfləndirməliyik”.
Şinyaşiki “Qarabağ”ın Premyer Liqadakı çempionluq seriyasına son qoymaq istədiklərini deyib:
“Bir nömrə biz idik, “Qarabağ” bu mövqeyi bizdən aldı. Azarkeşlərimizə yenidən bu sevinci bəxş etmək istəyirik. Bunun üçün mövsümün əvvəlindən qələbələri sıralamalıyıq”.