Yeni mövsümə hazırlıqlarını Avstriyada davam etdirən “Qarabağ” bu gün daha iki yoldaşlıq oyununa çıxacaq.
Futbolpress.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv əvvəlcə Xorvatiyanın “Slaven Belupo” komandası ilə üz-üzə gələcək. Görüşə saat 15:00-da start veriləcək.
Günün digər matçında isə rəqib “Əl Şabab” olacaq. Bu görüşə isə 19:00-da start veriləcək.
“Qarabağ” Avstriya toplanışında bundan əvvəl “Kayzerslautern”ə (Almaniya) uduzub (1:3), Çexiya “Viktoriya”sına isə qalib gəlib (2:1).
Yoxlama oyunu
16 iyul
15:00 Slaven Belupo (Xorvatiya) – Qarabağ
19:00 Əl Şabab (BƏƏ) – Qarabağ