Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün iki yoxlama oyunu keçirəcək.
Futbolpress.az xəbər verir ki, “atlılar” günün ilk matçında Almaniyanın “Kayzerslautern” komandası ilə üz-üzə gələcək. Görüşə saat 14:30-da start veriləcək.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv eyni gündə daha bir matç oynayacaq. “Qarabağ” Bakı vaxtı ilə saat 20:00-da Çexiyadan “Viktoriya” komandası ilə üz-üzə gələcək.
Yoxlama oyunları
9 iyul
14:30 Kayzerslautern (Almaniya) – Qarabağ
20:00 Viktoriya (Plzen, Çexiya) – Qarabağ