“Qarabağ” bolqarlara ilki yaşatdı

“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Ludoqorets”i 7:2 hesabıyla məğlub olub.

Futbolpress.az xəbər verir ki, “Ludoqorets” avrokuboklarda 7 qol buraxan ilk Bolqarıstan təmsilçisi olub.

Bundan əvvəl 1977/78 mövsümündə Sofiya “Lokomotiv”i “Anderlext”ə 1:6, 1988/89 mövsümündə “Slaviya” “Partizan”a və 1998/99 mövsümündə “Liteks” Moskva “Spartak”ına 0:5 hesabıyla məğlub olub.