Bu gün Azərbaycan Premyer Liqasında XIV turun növbəti oyunları keçirilib.
Futbolpress.az xəbər verir ki, autsayderlər qrupunda qərarlaşan “Neftçi” doğma meydanda avrokubok mübarizəsində olan “Zirə”ni minimal hesabla məğlub edərək, cari mövsümdə 2-ci qələbəsini qazanıb..
Günü ilk matçında isə “Qarabağ” səfərdə “Səbail”i 3 cavabsız qolla darmadağın edib
Azərbaycan Premyer Liqası
XIV tur
23 noyabr
Səbail – Qarabağ 0:3
Qollar: Olaviyo Juninyo, 47, A.Kaşuk, 66, L.Andrade, 88
Baş hakim: Nicat İsmayıllı
“ASCO Arena”
Neftçi – Zirə 2:1
Qollar: F.Ozobiç, 28, E.Səfərov – İ.Cibrilla, 52
Baş hakim: Kamal Umudlu
“Neftçi Arena”