“Qarabağ” “Azersun Arena”ya nə vaxt qayıdacaq?

“Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət edib.

Futbolpress.az xəbər verir ki, müraciətdə “Azersun Arena”da təmir və bərpa işlərinin başa çatmaq üzrə olduğu və klubun Azərbaycan Premyer Liqasının 2024/25 mövsümünün son ev oyunlarını “Azersun Arena”da qəbul etmək istədiyi bildirilib.

“Qarabağ” klubunun müraciətini, Əsasnamə tələblərinin qorunmasını nəzərə alan Peşəkar Futbol Liqası klubun müraciətini müsbət qarşılayıb.

Beləliklə, 33-cü turun “Sumqayıt” ilə görüşündən etibarən (“Qarabağ” – “Sumqayıt”, 4 may saat 18:00) “Qarabağ” klubu ev oyunlarını “Azersun Arena”da keçirəcək.